20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

Futbolçu hakimi öldürdü

Meksikada həvəskar komandalar arasında keçirilən oyun faciə ilə nəticələnib. Futbolxeber.az saytının məlumatına görə, Tulansinqo şəhərində keçirilən qarşılaşma zamanı komandalardan birinin futbolçusu Ruben Rivera Vaskes hakimi öldürüb.

59 yaşlı referi Viktor Trexo qarşılaşmanın gedişində futbolçuya qırmızı vərəqə göstərib. Bu qərardan qəzəblənən Vaskes hakimin üzərinə cumub və ona “kəllə” atıb.

Futbolçunun zərbəsi o qədər güclü alınıb ki, Trexo yerindəcə dünyasını dəyişib. Özünü yetirən həkimlər də onu xilas edə bilməyib. İdmançı isə törətdiyi cinayəti dərk edərək, hadisə yerindən qaçıb. Hazırda polis əməkdaşları onu axtarır.

Qeyd edək ki, 2014-cü ilin iyununda oxşar hadisə ABŞ-ın Livoniya şəhərində yaşanmışdı. Həmin vaxt Miçiqan futbol liqasının oyunu zamanı Bassel Saad onu meydandan qovmağa çalışan hakim Con Beneviçi vurmuşdu. Referi yerli xəstəxanada dünyasını dəyişmiş, futbolçu isə həbs cəzası almışdı (apasport.az)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30