28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

“Qəbələ”nin rəqibləri qələbəsiz qaldılar

Avroliqada “Qəbələ” ilə eyni qrupda yer alan “Maynts”, “Sent-Etyen” və “Anderlext” ölkə çempionatında növbəti oyunlarına çıxıblar.

Futbolxeber.az saytının məlumatına görə, Bundesliqanın 10-cu turunda “Maynts” “Leytspiq”in qonağı olub. “Bavariya” ilə birlikdə Bundesliqada şərikli lider olan “Leytspiq” “Qəbələ”nin rəqibinə şans tanımayıb. İlk hissədə qapısında 3 qol görən “Maynts”ın gücü yalnız fasilədən sonra buraxılan qollardan birinin əvəzini çıxmağa çatıb. 74-cü dəqiqədə Bell təsəlliverici qola imza atıb. 10 turdan sonra 14 xalı olan “Maynts” turnir cədvəlində 10-cu yeri tutur.

“Sent-Etyen” Fransa çempionatının 9-cu turunda səfərdə “Mets”in qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb. 12 turdan sonra 18 xala malik olan “Sen-Etyen” 9-cu pillədə qərarlaşıb.

“Anderlext” isə Belçika çempionatının 14-cü turunda öz meydanında “Oostende”ni qəbul edib. 66-cı dəqiqədə hesabda geri düşən “Anderlext” yalnız sona 8 dəqiqə qalmış Tielemansın penaltidən vurduğu qolla məğlubiyyətdən qaçıb. 25 xallı “Anderlext” turnir cədvəlində ikinci yeri tutur.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31