23 Sentyabr 2019, Bazar ertəsi
Emil Balayevdən qələbə şərhi
“Neftçi” “Keşlə”ylə heç-heçə etdi
DÇ: 2 güləşçimiz finalda
UEFA “Qarabağ”ı cərimələyib

Xarici futbol

Yıldırım Demirörən: "Fatih Terimlə yola davam edəcəyik"

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Demirören yığma komanda ilə bağlı məsələlərə aydınlıq gətirib.

"Report"un məlumatına görə, Y.Demirören "A Spor"a açıqlamasında futbolçuların mükafat almamaları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib və Arda Turanın yığmaya dəvət olunmamasından danışıb.

Federasiya rəhbəri futbolçuların "mükafat almadıq" iddialarını yalanlayıb: "Futbolçulara mükafat verilib. Həmçinin Burak Yılmaz da öz mükafatını alıb. Burak oynadığı oyunlar üçün mükafat alıb. Artıq hər oyuna görə mükafat sistemi yoxdur. Bunların qəbzləri də bizdə var. Ancaq bu məsələni danışmaq düzgün olmaz. Fatih Terimlə futbolçu Arda Turan Arasında yaşanan mübahisənin də səbəbi mükafat deyil".

Y.Demirören baş məşqçinin istefaya göndərilməyəcəyini bildirib və Arda Turanın yığmaya çağırılmaması ilə bağlı bunları deyib: "Fatih Terim centlmendir. Bizimlə yola davam edib-etməmək haqqında danışdı və biz də birgə irəliləmək qərarı verdik. Bu məşqçini 3 dəfə göndərdik, amma 4 dəfə yenidən geri çağırdıq. Terimlə uzun yola çıxmışıq. Dünya çempionatına getməyə bilərik. Ancaq hələ qarşıda oyunlarımız var. Arda Turan məsələsinə gəlincə, futbolçunun oynayıb-oynamaması baş məşqçinin işidir. Arda 6 ay futbol oynamadığı halda Terim onu yığmaya çağırdı və biz bu işə qarışmadıq. İndi çağırmır, yenə qarışmırıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30