20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Azərbaycan klubunun rəsmisi "Antalyaspor"u çalışdıra bilər

“Qəbələ”nin ingiltərəli sabiq baş məşqçisi Toni Adams Türkiyədə çalışa bilər. Futbolxeber.az-ın məlumatına görə, "Arsenal"ın sabiq kapitanının adı "Antalyaspor"la yanaşı hallanır. Antalya klubunun prezidenti Gültəkin Gəncər komandanın yeni baş məşqçinin 48 saatda müəyyənləşəcəyini bildirərək, namizədlər arasında Adamsın olduğunu təsdiqləyib: “Siyahıda Toni Adamsın da adı var. Ancaq biz öncə yerli məşqçilərlə danışacağıq. Ərtoğrul Sağlam “Əskişəhərspor”la anlaşaraq, bizdən üzr istədi. Biz də digər planlarımızı işə saldıq".

Qeyd edək ki, 2010-cu ilin mayından 2011-ci ilin noyabrına kimi "Qəbələ"ni çalışdıran Toni Adams indi də komandada prezidentin müşaviridir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30