29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

“Ştudqart”da 35 yaşlı baş məşqçi

Almaniyanın “Ştudqart” klubunun yeni baş məşqçisi müəyyənləşib. Futbolxeber.az saytının məlumatına görə, hazırda II Bundesliqada yarışan klubu Dortmund “Borussiya”sının U-19 komandasının baş məşqçisi Hannes Volf çalışdıracaq.

Ötən həftə Yos Luhukay klub rəhbərliyi ilə aralarında yaranan fikir ayrılığı səbəbindən “Ştudqart”ı tərk edib.

Qeyd edək ki, 35 yaşlı Volf Almaniyanın ən perspektivli məşqçilərindən biri hesab olunur. “Borussiya”nın U-17 komandası 2014 və 2015-ci illərdə onun rəhbərliyi altında ölkə çempionu olub. Ötən il Dortmund klubunun U-19 klubunu çalışdıran Hannes Volf bu komandaya da qızıl medalları qazandırıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31