20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

“Qəbələ”nin rəqibindən tarixə düşən transfer

Avroliqanın qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “Anderlext” heyətini gücləndirib. Futbolxeber.az saytının məlumatına görə, Belçika klubu Rumıniya millisinin və “Styaua”nın yarımmüdafiəçisi Nikolae Stankunu transfer edib. Keçidi “Styaua”nın prezidenti Cici Bekali də təsdiqləyib.

O qeyd edib ki, “Anderlext” 23 yaşlı futbolçuya görə 3,8 milyon avro ödəyib. Qarşıdakı 2 il ərzində Stanku oyunların 50 faizindən artığında meydanda olsa, o zaman “Anderlext” daha 2 milyon avro xərcə düşəcək.

Bununla da Nikolae Rumıniya çempionatının tarixinin ən bahalı transferi olub. Belçika klubu gənc futbolçu ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Stanku son mövsümdə Rumıniya çempionatında 28 oyunda 12 qol vurub. Millidə isə o, 7 matçda 4 dəfə fərqlənib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30