24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Xarici futbol

Ərsun Yanal və “Trabzonspor” azarkeşləri Ramil Şeydayevdən razıdı

Gələn həftəsonu start götürəcək Türkiyə Superliqasına hazırlığını davam etdirən “Trabzonspor”da üzlər gülür. Futbolxeber.az saytının məlumatına görə, Qara dəniz təmsilçisinin yay fasiləsindəki transfer fəaliyyəti azarkeşləri xeyli ümidləndirib.

Xüsusən də, hücum xəttinə cəlb edilən futbolçular fanatların ürəyincə olub. “Bordo-mavili” azarkeşlər Fabian Kastilyo, Hyuk-Yun Suk və Azərbaycan millisinin üzvü Ramil Şeydayevin transferinə görə klub rəhbərliyinə təşəkkür ediblər.

Hücumda alternativlərin çox olması isə baş məşqçi Ərsun Yanalı çətin vəziyyətə salıb. Təcrübəli mütəxəssis gələn mövsüm çempionluq uğrunda mübarizə aparacaqlarını və bu yolda qolçuların yüksək performansına ehtiyac duyacaqlarını söyləyib: “Kastilyo, Suk və Şeydayevin gəlişi ilə hücum xəttində rəqabət artdı. Yeni transferlərin yoldaşlıq görüşlərində özlərini yaxşı tərəfdən göstərmələri məni çox sevindirir. Yeni mövsüm öncəsi ön xətdə kimə şans verəcəyimi indidən deyə bilmərəm. Çünki hücumçularımız yaxşı formadadılar və aralarında gözəl rəqabət var. Bu da komandamızın ancaq xeyrinədi”.

Qeyd edək ki, “Trabonspor” mövsümlərarası fasilədə əcnəbi oyunçulardan Serge Akakpo, Yan Duritsa, Luis İbanyez, Ogeni Onazi, Matus Bero, Fabian Kastilyo, Hyun-Jun Suk və Ramil Şeydayevi heyətinə cəlb edib (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30