20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

"Bakı"ya qalib gələn məşqçi "Lokomotiv"də

Rusiyanın "Lokomotiv" klubunda baş məşqçi dəyişikliyi olub. Futbolxeber.az-ın məlumatına görə, ötən mövsüm böyük ümidlərlə komandaya gətirilən, lakin sonra uğursuzluqla üzləşən Slaven Biliç istefaya göndərilib. Bu haqda "dəmiryolçular"ın rəsmi saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, bundan sonra komandanı Leonid Kuçuk çalışdıracaq. Klubun prezidenti Olqa Smorodskaya bu gün yeni çalışdırıcını komanda üzvlərinə təqdim edib.  

Qeyd edək ki, Kuçuç vaxtı ilə "Bakı"ya rəqib olub. Belə ki, 2007-ci ilin yanvarında Moskvada keçirilən "Birlik Kuboku"nda belaruslu mütəxəssisin rəhbərlik etdiyi "Şerif" qrup mərhələsində "Bakı"nı 4:3 hesabı ilə məğlub etmişdi.

Son mövsümdə isə Kuçuk Rusiyanın digər klubu "Kuban"ı çalışdırırdı. Komandanı tarixində ilk dəfə avrokuboklara daşıyan Kuçuk mövsüm başa çatdıqdan sonra klub rəhbərliyi ilə ortaq məxrəcə gələ bilmədiyindən yeni müqavilə imzalamaqdan imtina edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30