26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

MTK-nın kapitanı “Qəbələ” ilə oyundan öncə azarkeşlərə səsləndi

“Yeni taktiki sxemdə oynayırıq. Dəyişikliklər komandaya faydalı oldu”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri MTK klubunun futbolçusu Yozef Kanta deyib.

Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Macarıstan təmsilçisinin kapitanı klubun dünən keçirdiyi tədbirdə fikirlərini bölüşüb.

Komandasının hazırlığı barədə danışan Kanta hazırda yaxşı formada olduqlarını xüsusi vurğulayıb: “Yayda yaxşı təlim-məşq toplanışı keçdik. Hazırlıq zamanı yeni elementlərə üstünlük verildi. Bu bizim daha da irəliləməyimiz və inkişafımıza faydalı olacaq. Hazırda kollektiv şəkildə yaxşı formadayıq. Bu da edilən dəyişikliklərlə bağlıdı”.

Kanta söhbət əsnasında azarkeşləri həm Avrokubok, həm də çempionat görüşlərində onları stadiondan dəstəkləməyə çağırıb: “Ev oyunlarında bizi tək qoymasınlar. Mən azarkeşləri oyunlarımıza stadiondan baxmağa və bizə dəstək olmağa çağırıram”.

Qeyd edək ki, MTK-nın “Qəbələ” ilə ilk oyunu iyulun 14-də Macarıstanda, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək (apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30