29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Di Mariya: “Finala qədər irəliləmək istəyirəm”

Argentina millisinin yarımmüdafiəçisi qarşıdakı Kopa Amerika-2016 haqda danışıb. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli futbolçu turnirdə finala qədər irəliləmək istədiklərini bildirib: “Bu turnirdəki yeganə arzum finala qədər irəliləməkdir. İlk dəfə millinin heyətində bu mərhələyə yüksələndə mən zədə aldım. Ötən il isə finalda start heyətində yer alsam da, sonradan zədələndim və meydanı tərk etmək məcburiyyətində qaldım. Komandamızın heyətini nəzərə alsaq, çempionluq uğrunda mübarizə aparmalıyıq. Bunun üçün bütün gücümüzü meydanda qoymalıyıq. Son 2 finalda uduzmuşuq. Bu dəfə borcumuzu qaytarmalıyıq”.

Xatırladaq ki, Kopa Amerika-2016-da Argentina Çili, Boliviya və Panama ilə eyni qrupda yer alıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31