29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Superliqada qalmaqal: “Trabzonspor”lu azarkeş meydana daxil olub, hakimi döydü

Türkiyə Superliqasının 30-cu turu çərçivəsində keçirilən "Trabzonspor" - "Fənərbaxça" oyunu yarımçıq dayandırılıb. Futbolxeber.az saytının məlumatına görə, matçın dayandırılmasına, meydan sahiblərinin azarkeşlərinin hərəkətləri səbəb olub.

"Avni Aker" stadionunda keçirilən oyunda komandalarının biabırçı hesabla geridə (0:4) olmasını həzm edə bilməyən trabzonlu azarkeşlər tribunalardakı oturacaqları və başqa yad cisimləri meydana atmağa başlayıblar. Bu vaxt oyun qısa müddətə dayandırılsa da, sonradan davam etdirilib.

Ancaq bir neçə dəqiqə sonra yerli azarkeşlərdən biri meydançaya çıxaraq, yan xətt hakiminə zərbə endirib. Fanat yerə yıxılmış hakimi təpikləməyə başlayıb.

Meydançaya başqa azarkeşlərin də daxil olduğunu görən oyunun baş hakimi Bülənt Yıldırım oyunu yarımçıq dayandırıb və hər iki komanda paltardəyişmə otağına yollanıb.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31