20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

“Böyük beşlik”də ən çox uzun ötürmədən istifadə edən klub hansıdır?

“CIES Football Observatory” agentliyi “Böyük beşlik” ölkələrinin çempionatlarında klubların uzun ötürmələrdən nə qədər istifadə etməsi ilə bağlı araşdırma aparıb. Futbolxeber.az saytının məlumatına görə, İngiltərə Premyer Liqasında bu baxımdan lider “Lester”dir. Klaudio Ranyerinin komandasının ötürmələrinin 6,9 faizi uzun toplardır. Bu göstərici ilə “Lester” Avropada üçüncüdür.

Lider Bundesliqada mübarizə aparan “Darmştadt”dır (10,7%). İkinci yeri isə 7,8 faizlə digər Almaniya təmsilçisi “İnqolştadt” tutur.

İspaniyada uzun ötürmələrin sayına görə lider “Eybar” (6,6%), İtaliyada “Frozinone” (6,3%), Fransada isə “Bastiya”dır (6,2%).

Maraqlıdır ki, “Böyüş beşlik”də uzun ötürmələrdən ən az istifadə edən klublar PSJ və “Bavariya”dır (1,1%). “Barselona”da bu göstərici 1,4 faiz, “Yuventus”da 1,6 faiz, “Mançester Siti”də isə 2,4 faizdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30