25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Obama: “Qadınların və kişilərin futboldakı əziyyəti eyni dərəcədə qiymətləndirilməlidir”

ABŞ prezidenti Barak Obama futbolçuların qazanclarından danışıb. Futbolxeber.az saytının məlumatına görə, dövlət başçısı futbolda qadınların və kişilərin əziyyətinin eyni dərəcədə qiymətləndirilməli olduğunu vurğulayıb: “Bu məqam bizim iqtisadiyyatımızda əsas tutulmalıdı. Əsas məsələ budur: siz yaxşı pedaqoq, menecer və ya futbolçu ola bilərsiz. Amma bu halda qazancınız cinsinizə görə fərqlənməməlidir. Kişi və qadının eyni sahədə bərabər qazancı ideal variantdır. Lakin biz bu planda ümidləri doğrultmuruq. Bununla belə, istəməzdim ki, hansısa aparıcı oyunçumuz Rio-de-Janeyrada keçiriləcək olimpiadadan kənarda qalsın”.

Qeyd edək ki, Obamanın bu çıxışı təsadüfi deyil. Belə ki, bu günlərdə ABŞ-ın futbol üzrə qadınlardan ibarət millisinin üzvləri kişilərlə müqayisədə qazanclarının az olması səbəbindən qarşıdakı Olimpiya Oyunlarını boykot etmək fikrində olduqlarını bəyan ediblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30