18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Con Toşak: "Hətta kor da hiss edə bilir ki, o xüsusi futbolçudur"

Uels millisinin sabiq baş məşqçisi, "Xəzər Lənkəran"ın hazırki çalışdırıcısı Con Toşak həmyerlisi, "Tottenhem"in aparıcı üzvü Qaret Beyl haqda danışıb. Futbolxeber.az-ın məlumatımna görə, İspaniyanın "AS" nəşrinə verdiyi açıqlamada Toşak Beyl haqda müsbət fikirlər səsləndirib: "Hətta kor da hiss edə bilir ki, Beyl xüsusi futbolçudur. O həmçinin təvazökar və əsl peşəkardı. Aldığı zədələr onu daha güclü futbolçu etdi. Messinin təkrarolunmaz futbolçu olduğunu bildirirlər. Eləcə də Kriştianu Ronaldo haqda tez-tez yaxşı sözlər eşidirik. Beyl də artıq onların səviyyəsinə çatır. İndi Beyl İspaniyanın 2 ən güclü klubundan birinə keçməli və daim Çempionlar Liqasında oynamalıdır".

"Xəzər Lənkəran"ın baş məşqçisi həmyerlisini braziliyalı ulduz, bir neçə gün əvvəl "Barselona"ya keçən Neymarla da müqayisə edib: "Qaret Neymardan daha yaxşı futbolçudur. Çünki o daha güclü çempionatda çıxış edir. Neymarın "Barselona"da necə oynayacağını hələ bilmirik. Hansısa futbolçu 100 milyon avroya layiqdirsə, bu, elə Beyldi". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30