20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

"Qalatasaray"a qol vuran futbolçu "Qalatasaray"da

"Qalatasaray" növbəti transferini reallaşdırıb. Futbolxeber.az-ın məlumatına görə, Türkiyə çempionu 29 yaşlı hücumameylli yarımmüdafiəçi Erman Kılıçı heyətinə qatıb. Kılıç "Qalatasaray"a azad agent statusu ilə keçib. Çünki təcrübəli futbolçunun son klubu "Sivasspor"la sözləşməsi mövsümün sonunda bitib. Kılıç "Cim-Bom"la "2+1" illik sözləşmə imzalayıb. Son mövsümdə təcrübəli yarımmüdafiəçi 34 çempionat oyunundan yalnız birində iştirak etməyib. "Sivasspor"un heyətində 5 qol vuran Kılıç 12 dəfə də məhsauldar ötürmə ilə yadda qalıb. Maraqlıdır ki, Erman Kılıç spn mövsümdə qollarından birini yeni klubunun - "Qalatasaray"ın qapısından keçirib. Kılıç keçidini belə şərh edib: "Fatih Terim məni öz komandasında gprmək istəyirdi. Keçidimin əsas səbəbkarı da məhz odur. Buna görə də Fatih hocaya təşəkkür edirəm. Çox sevinirəm ki, "Qalatasaray" kimi böyük bir kluba gəldim. Burada uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm. Uğurlu çıxış etməyə məcburam. Çünki mənə güvənən, ümid bəsləyəmn insanlar var. Onların etimadığını doğrultmalıyam. Ümid edirəm ki, "Qalatasaray"ın qazanacağı uğurlarda mənim də payım olacaq". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30