20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Roberto Karlos: "Türkiyədə uğur qazanacağıma əminəm"

"Anji"nin sabiq direktoru, Türkiyənin "Sivasspor" klubunun  yeni baş məşqçisi Roberto Karlos Mahaçkala klubunu tərk etməsinin səbəbini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, ötənlərin məşhur futbolçusu "Anji"dəki günlərini xoş xatirə kimi xatırlayacağını bildirib: "Gedirəm, amma "Anji"də çoixlu dostlarım qalır. Hər zaman işimin öhdəsindən maksimal dərəcədə yaxşı gəlməyə çalışdım. Burada keçirdiyim 2 ili hər zaman karyeramdakı ən yaxşı vaxtlardan biri kimi xatırlayacağam".

Karlos qeyd edib ki, "Sivasspor"la bir neçə ay öncədən danışıqlara başlayıb: "Türkiyə klubunun nümayəndələri mənimlə ilk dəfə 3 ay əvvəl əlaqə qurdular. Həmin vaxt onlara bildirim ki, hələlik heç nəyi müzakirə edə bilmərik. Çünki "Anji" ilə müqaviləm var. Daha sonra "Anji"nin mövqeyini öyrənmək istəyirdim. Komandada bundan sonra hansı postu tutacağım mənim üçün böyük maraq doğururdu. Hər kəs təsdiq edə bilər ki, "Anji"yə gəldim ilk gündən bu ana qədər komandada çox şey dəyişib. Mən öz təcrübəmi "Anji"nin uğurları üçün sərf etdim. Futbola sevgim sonsuzdur və bu cür əla bir klubda çalışdığıma görə daim sevinirdim. Amma mən özümü artıq məşqçi kimi sınamaq istəyirəm. Düşünürəm ki, bunun üçün tam hazıram. Lakin "Anji"də bu vəzifəni tutmağımın mümkünsüz olduğunu anlayınca klubdan gedəcəyimi qətiləşdirdim. Bundan sonra təkliflərin sayı artdı. Türkiyə ilə yanaşı, Qətər və İspaniyadan da xidmətimdə maraqlı olanlar var idi".

Braziliyalı sabiq futbolçu "Sivasspor"u seçməsinin səbəbini belə izah edib: "Sivasspor"u ona görə seçdim ki, ilk ciddi təklifi məhz bu klubdan aldım. Klubun prezidenti özü şəxsən mənimlə əlaqə qurdu. Müəyyən danışıqlardan sonra təklifi qəbul etdim. Bildirdim ki, mən komandanın baş məşqçisi olacağam. Mənim fəaliyyətimdən çox şey asılı olacaq. Oyunçu transferlərindən tutmuş gənclərin inkişafına qədər. Karyeram ərzində bir çox məşqçilərlə çalışmışam və onların hər birindən nəsə öyrənmişəm. İndi isə öyrəndiklərimi gənclərlə paylaşmaq zamanıdır".

Türkiyədə daha əvvəl futbolçu kimi "Fənərbaxça"nın şərəfini qorumuş Roberto Karlos "Sivasspor"da uğur qazanacağına inanır: "Məşqçi işləmək üçün özümü tam hazır sayıram. Özümə inanıram və bu sahədə uğur qazanacağıma zərrə qədər də şübhə etmirəm. Ümid edirəm ki, məşqçilik də ən azı futbolçu kimi qazandığım uğurları təkrarlayacağam. "Sivasspor" rəhbərliyinə də mənə şans tanıdıqları üçün minnətdaram. Heç nədən çəkinmirəm, qorxmuram. Ən yaxşı məşqçilərin, ən güclü futbolçuların söz sahibi olduğu neçə-neçə paltardəyişmə otağı görmüşəm. Həyatda pis günlərim də olub. Amma mən çətin anlarda belə təcrübmə qazanmağa çalışmışam. Kafu, Zinəddin Zidan, Devid Bekhem kimi futbolçular, Fabio Kapello, Qus Hiddink, Yupp Haynkes kimi məşqçilərlə birgə çalışmışam. 3 dünya çempionatında oynayan və 1 mundialın qalibi olan insan heç nədən qorxmamalıdır". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30