24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Xarici futbol

“Bakı”nın sabiq baş məşqçisi “Qalatasaray”a qayıdır

Mustafa Dənizlini baş məşqçi postundan istefaya göndərən Türkiyənin "Qalatasaray" klubu bir müddət "Bakı"da çalışmış Bülent Korkmazla 3.5 illik müqavilə imzalayacaq. Futbolxeber.az saytının məlumatına görə, klub prezidenti Dursun Özbek Korkmazla görüşüb və razılıq əldə olunub.

Baş məşqçinin heç bir şərt irəli sürmədən təklifi qəbul etdiyi bildirilir. Sabiq "Qalatasaray"lı rəhbərliklə məşqçilər korpusunun tezliklə formalaşması haqda danışıb və klub bu təklifi qəbul edib. İddiala əsasən, 47 yaşlı mütəxəssis Türkiyə Super Liqasının XXVI turunda "Fənərbağça" ilə ev oyununda komandanın sükanı arxasında olacaq.

Qeyd edək ki, futbolçu kimi 21 il (1984 - 2005) "Qalatasaray"da çalışmış Bülent Korkmaz baş məşqçi kimi 2009-cu ilin fevralında bu komandaya gəlib. Elə həmin ilin iyununda o, İstanbul təmsilçisi ilə yollarını ayıraraq, fəaliyyətini "Bakı"da davam etdirib. B.Korkmaz 2010-cu ilin martında isə "Bakı" ilə vidalaşıb və bundan sonra baş məşqçi kimi Türkiyənin "Karabükspor", "Başakşehir", Erciyespor" və "Mersin İdman Yurdu" klublarında çalışıb. Mustafa Dənizli isə 2013-cü il dekabrın 3-dən 2014-cü il mayın 16-dək "Xəzər Lənkəran"a rəhbərlik edib (report.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30