28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Droqbanın faciə “tviti”: “Eyni göz yaşları, eyni əziyyətlər. Ankara”

Türkiyənin paytaxtı Ankarada baş verən terror hadisəsi futbol ictimaiyyətinin də diqqətindən yayınmayıb. Futbolxeber.az saytının məlumatına görə, bir çox futbolçu baş verənlərə sosial şəbəkələrdə öz münasibətini bildirib.

Bu baxımdan türkiyəli futbolçular daha fəaldılar. Onlar baş sağlığı diləklərini və bu hadisəni törədənlərə öz etirazlarını tvitter və instaqram hesablarından çatdırıblar.

“Barselona”nın formasını geyinən Türkiyə millisinin kapitanı Arda Turan fikirlərini bu cür ifadə edib: “Başımız sağ olsun, cənnət Vətənim. Ürəyimiz yanır. Gedən hər can bizim, axan hər damla göz yaşı bizim. Bu, son olsun!”

“Fənərbaxça”nın müdafiəçisi Gökhan Gönül hadisəni törədənləri sərt şəkildə qınayıb: “Ankarada alçaq şəkildə planlaşdırılmış terroru lənətləyirəm. Həlak olan vətəndaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm”.

Dortmund “Borussiya”sında çıxış edən yarımmüdafiəçi Nuri Şahin də başsağlığı diləyini “tvitter” hesabından yazıb: “Ölkə olaraq başımız sağ olsun. Ölən vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirəm”.

“Arsenal”ın Türkiyə əsilli futbolçusu Məsut Özil, “Qalatasaray”ın kamerunlu müdafiəçisi Aurelien Şedju, “Bayer”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu və “Fənərbaxça”nın portuqaliyalı yarımmüdafiəçisi Luiş Nani “Ankara üçün dua” mesajını çatdırıblar.

2013/14 mövsümündə “Qalatasaray”da çıxış etmiş Fil Dişi Sahili yığmasının əfsanəvi hücumçusu Didye Droqba da baş verənlərə biganə qalmayıb. 38 yaşlı futbolçu tvitter hesabından “Eyni göz yaşları, eyni əziyyətlər. Ankara” yazısını yazıb.

Qeyd edək ki, dünən axşam Ankaranın mərkəzindəki Kızılay meydanında törədilən partlayışda 37 nəfər ölüb, 125 nəfər yaralanıb.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31