19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Nyanq Amsterdama yollanır: “Milan” onun finalda oynayacağına ümid edir

“Milan”ın hücumçusu M`Baye Nyanq bu gün Amsterdama yollanacaq. Futbolxeber.az-ın məlumatına görə, gənc forvard Hollandiya paytaxtında tibbi müayinədən keçəcək. Amsterdamda Nyanqı tanınmış professor Neyk van Deyk müayinə edəcək. Məhz bundan sonra futbolçunun əməliyyata ehtiyac duyub-duymadığı məlum olacaq.

Daha əvvəl 21 yaşlı forvardın avtomobil qəzasından sonra 6-8 həftəyə yaşıl meydanlara qayıdacağı ehtimal edilirdi.

“Milan” isə Nyanqın mayın 21-də ölkə kubokunun finalında “Yuventus”a qarşı baş tutacaq görüşə qədər bərpa olacağına ümid edir.

Xatırladaq ki, cari mövsümdə “A” seriyasında 16 oyuna çıxan Nyanq 5 qol və 4 məhsuldar ötürməylə yadda qalıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30