26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Covinko Azərbaycanla oyunu xatırladı

“AVRO-2016-nın final mərhələsinə gedəcək heyətdə yer almaq üçün əlimdən gələni edirəm. Fikrimcə, klubumda göstərdiyim oyunlarla buna layiqəm”. Futbolxeber.az-ınb saytının məlumatına görə, bunu İtaliya yığmasının hücumçusu Sebastyan Covinko deyib.

Hazırda ABŞ-ın “Toronto” klubunun formasını geyinən 29 yaşlı forvard Avropa çempionatında İtaliya millisinin formasını geyinəcəyinə inanır. O, yerli mətbuata açıqlamasında seçmə mərhələdə uğurlu çıxış etmədiyini etiraf edib.

Lakin Covinko yaxşı formada olduğunu və qitə birinciliyində oynamağa layiq olduğunu düşünür: “Yığmanın heyətində sonuncu dəfə Azərbaycan və Norveçlə matçlarda iştirak etmişəm. Etiraf edim ki, həmin görüşləri istənilən səviyyədə keçirmədim. Ancaq indi daha yaxşı vəziyyətdəyəm. Baş məşqçi Antonio Kontenin dəyişikliklər etmək üçün hələ 3 ay vaxtı var. Bilirəm ki, bu cür çıxış etməkdə davam etsəm, o heyətdə yer alacam. İndi İtaliya millisi kimlərinsə fərdi bacarığına yox, komanda oyununa etibar edir. Mən də məhz bu cür futbolçuyam”.

Qeyd edək ki, seçmə mərhələdə Azərbaycan yığması ilə eyni qrupda yer alan “Skuadra Adzurra” millimizlə görüşlərdə 2:1 və 3:1 hesablı qələbələr qazanmışdı. İyunda start götürəcək AVRO-2016-nın final mərhələsində isə italyanlar Belçika, İrlandiya və İsveçlə eyni qrupda mübarizə aparacaqlar.

Mənbə: apasport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30