29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

FIFA-nın yeni prezidenti məlumdu

Sürixdə FIFA-nın növbədənkənar konqresində quruma prezident seçkiləri keçirilib. Futbolxeber.az-ın məlumatına görə, ali futbol qurumunun prezidentliyi uğrunda 5 namizəd mübarizə aparıb. Bunlar İordaniya şahzadəsi Əli bin Əl-Hüsseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman bin İbrahim Əl-Xəlifə, FIFA-nın sabiq baş katibinin köməkçisi Jerom Şampan və cənubi afrikalı iş adamı Tokio Sevaledir.

FIFA-nın üzvü olan 209 federasiyadan 207-si səsvermədə iştirak edib.

Seçkinin ilk mərhələsində qalib olmaq üçün səslərin 2/3-ni toplamaq lazım idi. Lakin bu mərhələdə qalib aşkarlanmayıb. Belə ki, Canni İnfantino 88, şeyx Salman bin İbrahim Əl-Xəlifə 85, İordaniya şahzadəsi Əli bin Əl-Hüsseyn 27, Jerom Şampan isə 7 səs toplayıb. Buna görə də seçkidə ikinci mərhələ baş tutub. Həlledici mərhələdə Canni İnfantino 115, şeyx Salman bin İbrahim Əl-Xəlifə 89, İordaniya şahzadəsi Əli bin Əl-Hüsseyn 4 səs toplayıb. Jerom Şampan isə səs verən olmayıb. Bununla da Canni İnfantino FIFA-nın yeni prezidenti seçilib. O, qarşıdakı 4 il ərzində quruma rəhbərlik edəcək.

Qeyd edək ki, AFFA-nı seçkirlərdə qurumun prezidenti Rövnəq Abdulayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edəcək. AFFA seçkidə Canni İnfantinonu dəstəkləyəcəyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31