28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

“UEFA “Latsio” - “Qalatasaray” oyununa azərbaycanlı hakim göndərə bilməzdi?”

Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində keçirilən “Latsio” - “Qalatasaray” matçı İtaliyada böyük səs-küyə səbəb olub. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, yerli medianı narahat edən hakim təyinatıdı.

UEFA-nın bu qarşılaşmaya Rusiyadan olan hakimlər briqadasını göndərməsi italyanlarda qıcıq yaradıb. Türkiyə klubunun oyununa rusiyalı hakimlərin təyin olunmasını siyasi gediş hesab edən italiyalılar, xüsusən də, UEFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanı tənqid atəşinə tutublar.

İtaliya KİV-i baş hakim Vladislav Bezborodovun matçı normal səviyyədə idarə etməklə, böyük çaxnaşmanın qarşısını aldığını vurğulayıb: “Maraqlıdı, Kollina hansı dünyada yaşayır? Görünür, çoxdandı internetə baxmır, televiziyada xəbərləri izləmir. “Futbol siyasətin əsiri ola bilməz” deyənlər, bu təyinatla sözlərini təkzib edirlər. Yaxşı ki, rusiyalı referi görüşü normal idarə etdi. Əks təqdirdə, narazılıqlar böyük qalmaqala yol aça bilərdi”.

Həmkarlarımız “Latsio” - “Qalatasaray” görüşünə azərbaycanlı hakimin təyinatının daha doğru olduğunu düşünürlər: “UEFA xüsusi qərarla Rusiya ilə Ukrayna klublarının 1/16 finalda üz-üzə gəlmələrinə mane olmuşdu. Bəs indi nə dəyişdi? Kollina və onun çalışdığı qurum Romadakı oyuna fransalı, norveçli və ya azərbaycanlı hakim göndərə bilməzdi? İki ölkə arasındakı problemi bilə-bilə belə bir təyinat gülməli idi”.

Qeyd edək ki, Türkiyədə “Qalatasaray”la qollu bərabərliyə (1:1) nail olan “Latsio” cavab görüşündə 3:1 hesabı ilə qələbə qazanaraq, 1/8 final mərhələsinə adlayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31