29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

"Məgər, Azərbaycana qalib gəlmək böyük problemdir?"

Dünya çempionatı 2014-ün seçmə mərhələsində milli komandamızın da yer aldığı qrupda iyunun 7-də keçiriləcək Portuqaliya - Rusiya matçından öncə xoşagəlməz olay yaşanıb. Futbolxeber.az-ın məlumatına görə, Portuqaliya qəzetlərindən birində azarkeşlər kapitan Kriştianu Ronaldonu tənqid atəşinə tutublar. Fanatlar 28 yaşlı hücumçudan Braziliyadakı dünya çempionatına düşməmək riski altında olan komandanın oyununu yaxşılaşdırılması sərt formada tələb ediblər. Azarkeşlər millinin pis çıxışında məhz Ronaldonu günahlandırırlar: “Əlbəttə, “Real”da daim qol vurmaq yaxşıdır. Ancaq unutmaq lazım deyil, bizim üçün əsas yığmadır. Milli cari seçmə mərhələdə faciəvi durumdadır! Bunda isə ilk növbədə Ronaldo günahkardır. Bəli, yığmada klubdakı kimi komanda yoldaşların yoxdur. Bununla belə, bəs ustalıq səviyyəsi və qol vurmaq bacarığı hardadır? Məgər, Azərbaycanla Şimali İrlandiya belə güclüdür ki, onlara qalib gəlmək böyük problemdir? Əgər Ronaldo özünü doğrultmaq istəyirsə, onda Rusiya ilə qarşıdakı oyunda bu komandanı “məhv edib”, azarkeşlərə ümidini qaytarmalıdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31