25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

Maradona: “Napoli” İquainin sayəsində çempion ola bilər, amma...”

Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona sabiq klubu “Napoli” haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, Maradona həmyerlisi Qonsalo İquainin Neapol klubunu çempionluğa daşıya biləcəyini vurğulayıb: “Təbii ki, “Napoli”ni dəstəkləyirəm. Hər zaman sabiq komandama azarkeşlik edirəm. “Napoli”nin “Empoli”yə qarşı keçirdiyi son oyuna baxışam. “Napoli”nin inamlı oyununa və İnsinyenin möhtəşəm cərimə zərbəsinə tamaşa etməkdən zövq aldım. “Napoli” İquainin sayəsində çempion ola bilər. Amma “Yuventus”la mübarizə aparmaq asan deyil. Turin klubu hazırda qarşısıalınmazdı. Bu cür davam etsələr, “Napoli”nin işi çətin olacaq”  

Xatırladaq ki, Maradona 1984-1991-ci illərdə “Napoli”də forma geyib. Bu klubun heyətində meydana çıxdığı 188 oyunda o, 81 qol vurub. Maradona “Napoli” ilə birgə 2 dəfə Skudettonu, ölkə kuboku və superkubokunu, eləcə də UEFA Kubokunu qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30