24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Xarici futbol

“Beşiktaş” - “Mersin İdmanyurdu” oyunu yarımçıq dayandırıldı

Türkiyə Superliqasının 18-ci turu çərçivəsində keçirilən “Beşiktaş” - “Mersin İdmanyurdu” oyunu yarımçıq dayandırılıb. Futbolxeber.az-ın məlumatına görə, güclü qar yağması buna səbəb olub. Oyun 6-cı dəqiqədə baş hakimi Mete Kalkavan tərəfindən dayandırılıb və futbolçular paltardəyişmə otağına yollanıb. Hakim bildirib ki, xətləri görmək mümkün deyil. Futbolçular isə referiyə “belə şəraitdə futbol oynamaq olmaz” deyiblər. 7 dəqiqə ərzində stadionun əməkdaşları qarı təmizləməyə çalışıblar. Lakin kapitanları yanına çağıran Kalkavan matçın təxirə salınması haqda qərar qəbul edib. Normal şərtlərdə 24 saat sonra oyun qaldığı yerdən davam etdirilməlidi. Lakin İstanbulda güclü qarın sabah da davam edəcəyi gözlənilir. Bu səbəbdən də qarşılaşma başqa vaxta keçiriləcək.


 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30