20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Qızlarla şəklini paylaşan futbolçu həbs edildi

İran yığmasının qapıçısı Soşa Makani həbs edilib. Futbolxeber.az-ın məlumatına görə, buna səbəb onun sosial şəbəkədə şəkil paylaşması olub.

Belə ki, 29 yaşlı qolkiper İran qanunlarına uyğun geyinməyən qadınlarla şəkil çəkdirib və daha sonra bunu paylaşıb. Makanidən şikayət edən şəxs ərizəsini geri götürsə də, futbolçu cəmiyyət içində əxlaqsızlığın yayılmasına səbəb ola biləcək fotolar paylaşdığı üçün həbsdə saxlanılıb.

“Persepolis”in oyunçusunun vəkili onun internet hesabının xakerlər tərəfindən ələ keçirildiyini və şəkillərin Makanidən xəbərsiz yayıldığını iddia edib. Həmin şəkillərdə İran millisinin qapıçısının 3 qadınla yan-yana dayandığı və onlarla əl-ələ tutduğu görülür. Qadınlardan birinin futbolçunun nişanlısı olduğu bildirilir.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30