19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

“Azərbaycanın bir komandası bizim iki klubumuzu dayandırdı”

Yunanıstan mətbuatı yerli komandaların 2015/16 mövsümündə Avrokubokdakı çıxışını dəyərləndirib. Futbolxeber.az-ın məlumatına görə, yerli KİV iki komandanın mübarizəni dayandırmasının səbəbi kimi Azərbaycan təmsilçisi “Qəbələ”ni göstərib.

Ümumiyyətlə, həmkarlarımız klublarının cari mövsümdə Avrokubokdakı çıxışını qənaətbəxş saymayıblar. Çünki yarışa qoşulan 5 komandadan yalnız 1-i mübarizəni davam etdirir. O da Çempionlar Liqasının qrup mərhələsində 3-cü yeri tutaraq, Avropa Liqasının 1/16 final mərhələsinə yollanan “Olimpiakos”du.

“Atromitos” və “Panatinaikos” Avropa Liqasının “pley-off”, PAOK-la “Asteras” isə qrup mərhələsində mübarizəni dayandırıblar.

Yunan mətbuatı həmin 4 komandadan ikisinin Avrokubokla vidalaşmasının günahını “Qəbələ”də görüb: “Panatinaikos” Çempionlar Liqasından Avropa Liqasına yuvarlananda onun qrup mərhələsinə vəsiqə qazanacağına şübhə yox idi. Lakin gözlənilmədən Azərbaycan təmsilçisi “Qəbələ” güclü rəqibinin qarşısını ala bildi. Xüsusən də, Yunanıstandakı qollu bərabərlik “Panatinaikos”un sonunu gətirdi. Azərbaycan komandası qrupda da PAOK-a rəqib oldu. Təəssüf ki, Saloniki təmsilçisinə də məhz “Qəbələ” mane oldu. Çünki bu komanda ilə hər iki görüşdə qeydə alınan heç-heçə sayəsində PAOK önəmli 4 xal itirdi və ilk iki yerdən uzaq düşdü. Burdan belə bir qənaətə gəlmək olar ki, Azərbaycanın bir komandası bizim iki klubumuzu mübarizədən kənarlaşdırdı”.

Qeyd edək ki, “Qəbələ” bu mövsüm həm “Panatinaikos” (0:0, 2:2), həm də PAOK-la (0:0, 0:0) keçirdiyi hər iki oyunda heç-heçə edib.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30