24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

2015-ci ildə ən çox axtarılanların siyahısı açıqlandı: Messi Ronaldonu qabaqlasa da...

Amerikanın “Time” nəşri 168 ölkədə apardığı sorğu nəticəsində 2015-ci ildə “google”də ən çox axtarılan şəxslərin siyahısını açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, futbolçular arasında birinci yerdə Lionel Messidir. Argentinalı ulduz 26 ölkədə il ərzində “google”də ən çox axtarılan şəxs olub. Amma bu nəticə Messinin vahid lider olmasına kifayət etməyib. Çünki argentinalı ilə yanaşı, Kim Kardaşyan da 26 ölkədə “qalib olub”.

Kriştianu Ronaldo isə 21 ölkədə ən çox axtarılan şəxsdir. Müğənni Niki Minaj 13, Rihanna isə 11 ölkədə "qalib gəlib".

Maraqlı məqamlar arasında “Lon Anceles Leykers”in üzvü Kobi Brayantın Monqolustanda, “Barselona”lı Neymarın Solomon adalarında qalib olmasıdır.

Bəzi idmançılar isə öz ölkələrində il ərzində ən çox axtarılan şəxsdirlər. Bu baxımdan Almaniyada Manuel Noyeri, Kamerunda Samuel Eto`Onu, Kosta-Rikada Keylor Navası, Toqoda Emanuel Adebayoru, Uruqvayda Luis Suaresi, İsveçrədə Roce Federeri qeyd etmək olar. Ronaldo və Messinin çıxış etdiyi İspaniyada isə il ərzində “google”də ən çox portuqaliyalı ulduz axtarılıb.

Maraq üçün qeyd edək ki, Azərbaycanda il ərzində "google"də ən çox axtarılan şəxs nə Messi olub, nə də Ronaldo. Türkiyədə olduğu kimi, ölkəmizdə də “qalib” Kim Kardaşyan olub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30