22 May 2019, Çərşənbə
"Qalatasaray" çempionluğunu rəsmiləşdirdi
"Sumqayıt" baş məşqçisiz qalır
Kuboku "Qəbələ" qazandı!
Mxitaryan Bakıya gətirilmir

Xarici futbol

Qvardiolanın “Bavariya”dan getməsinin səbəbi məlum oldu

Xosep Qvardiolanın “Bavariya”dan getməsinin səbəbi məlum olub. Futbolxeber.az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, ispan mütəxəssis Münhen təmsilçisini klubu rəhbərliyi ilə aralarında yaranan fikir ayrılığına görə tərk edəcək. Belə ki, yayda Qvardiola həmin vaxt “Torino”da forma geyən Matteo Darmianın (hazırda “Mançester Yunayted”də çıxış edir), ya da “Portu”dan Danilonun (hazırda “Portu”da forma geyir) transfer olunmasını istəyib. Bu halda Qvardiola Filipp Lamı mərkəzə çəkməyi planlaşdırırdı. Lakin klub rəhbərliyi orta xəttə “Yuventus”dan Arturo Vidalın alınmasına qərar verib.

Qvardiola eləcə də Toni Kroosun “Real”a satılmasına qarşı çıxıb. Lakin rəhbərlik bu məsələdə də məşqçinin istəyi ilə razılaşmayıb. Məhz bu səbəblərdən Qvardiola “Bavariya”dan ayrılmaq qərarına gəlib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31





Click to Visit