29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

“Real” seçim qarşısında: Konte, yoxsa Kapello?

Tezliklə Madrid “Real”ında baş məşqçi dəyişikliyi ola bilər. Futbolxeber.az-ın məlumatına görə, “Kral klubu”nun namizədlər siyahısında hazırda iki məşqçi var. Söhbət italyanlar - Fabio Kapello və Antonio Kontedən gedir. “Marca” “Real”da baş məşqçi dəyişikliyini ən gec yayda baş tutacağını yazır. Hazırda Italiya yığmasını çalışdıran Kontenin də “Skuadra Adzurra” ilə sözləşməsi məhz Fransada keçiriləcək Avropa çempionatından sonra başa çatır. 46 yaşlı mütəxəssisin özü də Madrid klubunu çalışdırmağın əleyhinə deyil. Lakin Kontenin yeganə müştərisi “Real” deyil. “Roma” və “Çelsi” də italyan mütəxəssislə əməkdaşlıqda maraqlıdır. Konte ilə razılıq əldə olunmayacağı halda isə “Real” Fabio Kapelloya təklif göndərəcək.

Qeyd edək ki, 69 yaşlı mütəxəssis daha əvvəl 2 dəfə - 1996-97 və 2006-07 mövsümlərində Madrid təmsilçisini çalışdırıb. Onun rəhbərliyi altında “Real” 2 dəfə La Liqanın qalibi olub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31