24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

Kerjakova “Qəbələ”yə keçməyi məsləhət gördülər

Rusiya yığmasının sabiq üzvü Aleksandr Kerjakov karyerasını Azərbaycanda davam etdirə bilər. Futbolxeber.az-ın məlumatına görə, Sankt-Peterburq təmsilçisinin əsas komandasından uzaq qalan 33 yaşlı forvard “Zenit”in əvəzedici heyətində də özünə yer tapa bilmir.

Rusiyanın eurosport.ru saytı “Zenit”lə yolları ayırmaq üzrə olan təcrübəli futbolçuya gələcək karyerası ilə bağlı məsləhət verib. Onlar Kerjakovun indiki məqamda karyerasını Azərbaycan, Qazaxıstan və ya Belarusda davam etdirməsinin daha məqsədəuyğun olduğunu düşünürlər.

Həmkarlarımızın fikrincə, Kerjakovun Rusiyanın digər klubuna keçmək ehtimalı yoxdu, çünki buna “Zenit” rəhbərliyi icazə vermir. Onun Türkiyə və ya Ukraynaya yollanmasına isə Rusiya dövləti razı olmaz.

Yazıda Kerjakovun Avstraliyaya köçmək şansının da olmadığı qeyd olunub. Həmkarlarımız bunu adıçəkilən ölkənin klublarının ancaq azad agentləri transfer etməsi ilə əsaslandırıblar. İngiltərə, İspaniya, Almaniya, İtaliya və Hollandiya təmsilçiləri isə Kerjakovu heç icarəyə də götürməzlər.

Rusiya mətbuatının fikrincə, son 1 il yarım müddətdə cəmi 5 qol vuran Kerjakov üçün ən ideal variant Azərbaycan, Qazaxıstan, Belarus və ya Balkan ölkələridi. Həmkarlarımız hücumçunun karyerasını məhz bu ölkələrdən birində “dəfn edəcəyini”, bununla da futbolla vidalaşacağının inandırıcı olduğunu yazıblar.

Onlar Kerjakovu transfer etməyə Azərbaycandan ən real namizəd kimi “Qəbələ”, Qazaxıstandan “Okjetpes”, Belarusdan isə “Dinamo”nun olduğunu vurğulayıblar.

Qeyd edək ki, karyerası ərzində “Svetoqorets”, “Sevilya” və “Dinamo” (Moskva) klublarının da formasını geyinmiş Kerjakov 2002-2015-ci illərdə Rusiya yığmasının şərəfini qoruyub. 

Mənbə: apasport.az 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30