19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

"Bakı"nın sabiq futbolçusu karyerasını başa vurdu

"Bakı"nın sabiq latviyalı futbolçusu Maris Verpakovskis karyerasını başa vurub. Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu, Latviya çempionatının 28-ci turuna təsadüf edib.

"Liepaya"nın şərəfini qoruyan Verpakovskis "Dauqavlis"lə görüşün 52-ci dəqiqəsində meydana daxil olub. Bundan iki dəqiqə sonra hesabı açan meydan sahibləri oyundan 1:0 hesabı ilə qalib ayrılıb. Bununla da, Verpakovskis futbolçu karyerasını rəsmən başa vurub.

Qeyd edək ki, 36 yaşlı futbolçu karyerası ərzində "Bakı" ilə yanaşı, "Baltika", "Metallurq", "Skonto", "Liepaya" (hamısı Latviya), "Dinamo" (Kiyev, Ukrayna), "Hetafe", "Selta Viqo" (İspaniya) və "Erqotelis" (Yunanıstan) klublarında çıxış edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30