20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

“Hafiz Məmmədov bildirdi ki, oktyabrın əvvəlindən onun maliyyə durumu yaxşılaşır”

Fransanın Nor-pas-de Kale vilayətinin başçısı Daniel Perçeron bildirib ki, bu həftənin əvvəlində Bakıda azərbaycanlı biznesmen, “Bakı” və “Lans” klublarının sahibi Hafiz Məmmədovla görüşüb. Futbolxeber.az-ın məlumatına görə, “France Bleu Nord”a müsahibəsində Perçeron bildirib ki, görüşdə Fransanın Azərbaycandakı səfiri Paskal Monye və “Lans”ın keçmiş baş meneceri Ksavye Tuilot da iştirak edib.

Görüş zamanı Hafiz Məmmədov bildirib ki, oktyabrın əvvəlindən onun maliyyə durumu yaxşılaşır və o, “Lans” qarşılığındakı öhdəliklərini yerinə yetirəcək. Azərbaycanlı biznesmen fransız qubernatorla görüşündə etiraf edib ki, il ərzində maddi baxımdan ciddi problemlər yaşayıb. Lakin çətinliklər artıq yoluna qoyulur. Hafiz Məmmədov yenidən “Lans”a maliyyə yardımı edəcəyini, komandanın yenidən yüksək liqaya qayıtması üçün bütün gücünü sərf edəcəyini vurğulayıb (xəbər ixtisarlarla “haqqin.az” saytından tərcümə edilib)

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30