19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Toni Adams: "Məşqdən sonra başlayırdıq içməyə, ta gecəyə kimi"

"Qəbələ"nin sabiq baş məşqçisi, “Arsenal”ın canlı əfsanəsi Toni Adams Türkiyə mətbuatına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Türkcə danışmağı harada öyrənmisiniz?

- Azərbaycanda. 18 ay “Qəbələ”nin baş məşqçisi olmuşam. Aşağı yaş qrupu üzrə komandalarla türkiyəli mütəxəssislər də vardı.

- Siz müdafiəçi olmusunuz. Messiyə qarşı oynasanız, nə edərdiniz?

- Öncə qarşıya Martin Keownu qoyardım ki, Messini təpiklə vursun. Sonra isə onu yerdən qaldırardım. Messi birbaşa qarşıma çıxsa, məni keçər. Amma qarşımda iki oyunçu olsa, durum dəyişər. Hacı da çox tenikalı oyunçu idi, sonda onunla münaqişə etdik (2000-ci ildə “Qalatasaray”la “Arsenal” arasında keçirilən UEFA kubokunun finalındakı olay nəzərdə tutulur – red.).

- Londonda “Emireyts” stadionunun önündə heykəliniz var. Siz nə etmisiniz ki, heykəliniz ucaldılıb?

- “Arsenal” tarixinin ən yaxşı komandasının kapitanlyam. 1980-ci, 90-cə və 2000-ci illərdə kuboklar qazanmışam. Bu komanda ilə 680 matça çıxmışam. 1979-2002-ci illərdə - bütün futbolçu karyeram ərzində yalnız “Arsenal”da oynamışam. Heykəlin qoyulması məni şad etdi. Özü də çox böyükdür.

- Bütün bu uğurla yanaşı, həyatda nələri itirmisiniz?

- Bəlkə də səyahət etməyi. 25 il evdən kluba – eyni yolu getmişəm. Ancaq Londonda olurdum. Futbolçu karyeramı bitirdikdən sonra Azərbaycan, Milan, Yaponiya, Amerikada səfərdə oldum. Heç zaman olmadığı qədər teatra getdim, balıq tutmağa başladım.

- Niyə yalnız “Arsenal”da oynamısınız?

- Mən londonluyam. Aleks Fergüsson məni “Mançester Yunayted”ə istəyəndə qorxdum. O zaman ildə 75 min funt-sterlinq alırdım, onlar 90 min təklif etdilər. 15 minlik artım inanılmaz gəlirdi. Amma London uşağıydım. “Arsenal” mənim üçün çox böyük bir klub idi. Çempion olurduq, həvəsli idik. Londonda həyat gözəl idi. Futbol oynayır, sonra da spirtli içki içib sərxoş olurdum. Fergüsson ikinci dəfə məni istəyəndə daha soyuqbaşla düşündüm, ora getməyə hazır idim. Bu dəfə isə “Arsenal” buraxmadı, maaşımı artırdılar.

- Həyatınızda nəyi dəyişdirmək və nələrdən imtina etmək istərdiniz?

- Keçmişdə etdiyim bütün pis şeylər məni indiki Toni Adams edib. Məsələn, mən alkoqolik idim. Həbs olunmuşam. Başım daşdan-daşa dəyib. Amma bunlardan dərs almışam. 17 ildir içmirəm. 12 il sərxoşluq etmişəm. Amma ayıq olduğum vaxt sərxoş olduğumdan daha artıqdır. İndi özümü əla hiss edirəm. Gözəl bir həyat yoldaşım, altı övladım var, bir nəvəm dünyaya gəlmək üzrədir. İndi həyatımın bir gününü belə dəyişdirmək istəmirəm.

- Spirtli içki düşkünü necə oldunuz?

- Mənim həyatımın ilk narkotikası futbol idi. Ərköyün uşaq olmuşam. Orta məktəbdə özümü pis aparırdım. Dərslərə getmirdim, nifrət edirdim. Futbol isə əla idi. Meydanda özümə güvənirdim. Bir gün zədələndim, 17 yaşım vardı. Futboldan uzaq qaldım. Sonra həyatıma alkoqol girdi. Əvvəlcə matçlardan sonra icirdim, sonra bazar günləri... Bu gedişlə günlərin sayı artdı. Yayda, istirahət vaxtları hər gün sərxoş olurdum. Futbolçu karyeramda geriləmə başladı. Oyunları çətinliklə başa vururdum, fiziki çatdıra bilmirdim. 1996-cı ildə Avropa çempionatından uğursuz çıxış etdik. Çox uzun müddət içdim.

- Dostlarınız, məşqçiləriniz və siz özünüz bu durumun fərqində deyildiniz?

- Bunu gizlətməyi bacarırdım. Gənc idim deyə məni elə də tez tutmurdu içki. Ayıq olanda işimi yaxşı görürdüm. Məşqdən çıxıb içməyə gedirdik. O zamanlar belə idi. Məşqdən sonra başlayırdıq içməyə, ta gecəyə kimi.

- Arsen Venger 1996-cı ildə “Arsenal”a gələndə bu duruma necə reaksiya verdi?

- O, gəlməzdən altı həftə əvvəl içkini atmışdım. Məni sərxoş gərməyib.

- Digər dostlarınızın da belə problemi var idi?

- Bəli. Elə ona görə də insanlara spirtli içkidən uzalaşmaları üçün yardım edirəm. Bununla əlaqədar bir mərkəzimiz də var.

- Deyəsən, içki ilə mübarizəylə bağlı kitab da yazmısınız.

- Bəli.

- Bəs, spirtli içkidən necə uzaqlaşdınız?

- 1996-cı ildə həyat yoldaşımı reabilitasiyaya göndərdim. Mən alkoqolik, o isə narkoman idi, kokain qəbul edirdi...Hər dəfə “mənə irad tutursunuz, ona baxın” deyib təsəlli tapırdım. O, müalicə olunmağa başladı. Bo zaman övladlarımla mən birgə qaldıq. Zədəli olduğum üçün futbol da oynaya bilmirdim. O zaman, 1996-cı ildə başa düşdüm ki, içkini atmaq lazımdır və bunu etməyi bacardım.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30