24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

Bülənt Uyqun "Qaziantepspor"dan getdi

 

 

Mövsüm başa çatdıqdan az sonra "Qaziantepspor" klubu baş məşqçi Bülənt Uyqun ilə yollarını ayırıb. Futbolxeber.az-ın məlumatına görə, qışda komandaya gətirilən və 1-i şərti olmaqla 1,5 illik sözləşmə imzalayanUyqun yeni mövsüm öncəsi klub rəhbərliyi ilə görüşüb. Görüş zamanı tərəflər arasında fikir ayrılığı yarandığından Uyqun vəzifəsindən getdiyini açıqlayıb.
"Qaziantepspor"un başqanı İbrahim Kızıl Bülent Uyqunun gedişini belə şərh edib: "Əvvəlcə yarım illik anlaşmaya varmışdıq. Müqavilədəki 1 il şərti olaraq göstərilmişdi. Danışdıq, amma razılığa gələ bilmədik. İndi bu haqda uzun-uzadı danışmaq istəmirəm. Amma bizim anlaşmamız onsuz da başa çatmışdı. Bülənt Uyqun bizim qardaşımızdır və gələcəkdə də onunla görüşəcəyik. Bu məsələni qarşıdakı günlərdə daha geniş şəkildə dəyərləndirəcəyik".
Xatırladaq ki, "Qaziantepspor"la 14 liq matçına çıxan Bülənt Uyqun 7 qalibiyyət, 4 bərabərlik və 3 məğlubiyyət alaraq, komandanın liqdə qalmasını təmin etmişdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30