18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Xorvat azarkeşlərin Azərbaycana gəlişinə qadağa

Xorvatiya Futbol Federasiyası (XFF) yerli azarkeşlərə "Avro-2016"nın seçmə mərhələsində Azərbaycan, Norveç və Malta ilə səfər oyunlarına getmək qadağası qoyub. Futbolxeber.az-ın məlumatna görə, bu barədə qurumun rəsmi saytı xəbər yayıb. Bildirilib ki, azarkeşlərin irqçi hərəkətlərinin qarşısını almaq üçün bu qərar verilib.

Qeyd edək ki,  bundan əvvəl "Avro-2016"nın seçmə mərhələsində Splitdə keçirilən Xorvatiya - İtaliya oyununda (1:1) meydançanın qazonuna faşizm simvolu olan qamalı xaç çəkilib. Bu səbəbdən UEFA Xorvatiya millisinin 1 xalını silib və 100 min avro məbləğində cərimələyib. Qitənin ali futbol qurumu  milliyə iki matç doğma meydanda azarkeşsiz oynama cəzası da verib.

Beləliklə, xorvatiyalı futbolçular sentyabrın 3-də və 6-da Azərbaycan və Norveç, oktyabrın 13-də isə Malta ilə oyunlarda azarkeş dəstəyi olmadan oynayacaqlar (qol.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30