20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

Futbolçu qana boyandı, Avroliqa oyunu yarımçıq dayandı

Avroliqanın III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Kukesi” (Albaniya) - “Legiya” (Polşa) görüşündə qalmaqal yaşanıb. Futbolxeber.az-ın məlumatına görə, Albaniyada baş tutan matç qonaqların futbolçusunun xəsarət alması səbəbinbən yarımçıq dayandırılıb. Alban azarkeşlərin meydana atdıqları daş qonaqların futbolçusu Ondrjey Duduya tuş gəlib. Nəticədə qana boyanan futbolçu meydanı xərəkdə tərk edib. Görüşün baş hakimi 51-ci dəqiqədə matçı yarımçıq dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, həmin ana qədər “Legiya” 2:1 hesabı ilə öndə idi. Baş verən insidentə görə meydan sahiblərinə texniki məğlubiyyət veriləcəyi gözlənilir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30