19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

ÇL-da ən çox final oynayan 10 futbolçu

Bu gün Çempionlar Liqasının növbəti qalibi müəyyənləşəcək. Həlledici oyunda “Yuventus” və “Barselona” klubları üz-üzə gələcək. Futbolxeber.az-ın məlumatına görə, budəfəki final Turin klubunun müdafiəçisi Patris Evra üçün əlamətdar ola bilər. Meydana çıxacağı halda, fransız müdafiəçi Çempionlar Liqasında ən çox final həyəcanı yaşayan futbolçuların siyahısındakı yerini möhkəmlədəcək. Həm də Evra Klarens Zeedorfa məxsus olan rekordu yeniləyəcək? Hansı rekordu? Bu sualın cavabını bilmək üçün ÇL-də ən çox final həyəcanı yaşayan futbolçuların siyahısı ilə tanış olmaq lazımdır. İrəli gedərək qeyd edək ki, bu siyahıda hazırda dünyanın ən güclü futbolçuları hesab olunan Kriştianu Ronaldo və Lionel Messidən heç biri yoxdur. 

PATRİS EVRA - 4

Fransız müdafiəçi bu gün meydana çıxsa, 5-ci dəfə qitənin 1 nömrəli klub turnirində final həyəcanı yaşamış olacaq. Buna qədər isə o, 4 finalda mübarizə aparıb: 3 dəfə “Mançester Yunayted”in, 1 dəfə isə “Monako”nin heyətində. 4 finaldan yalnız 1-də Evra qələbə sevinci yaşayıb.

ALESSANDRO KOSTAKURTA - 4

Dövrünün ən güclü müdafiəçilərindən olan Alessandro Kostakurta, əslində 8 dəfə final həyəcanı yaşayıb. Lakin bu oyunların yalnız 4-də o, meydanda olub. Forma geydiyi 4 finaldan 3-də Kostakurta qələbə sevinci yaşayıb. Ümumilikdə isə “Milan”ın müdafiəçisi 5 dəfə ÇL-in qalibi olub. 

EDQAR DAVİDS - 4

Edqar Davids də 4 dəfə finalda meydana çıxıb: 2 dəfə “Ayaks”ın, 2 dəfə də “Yuventus”un heyətində. 4 finaldan yalnız 1-də holland futbolçu qələbə sevinci yaşayıb. 4 finaldan 2-də Davidsin komandası “Milan”la üz-üzə gəlib. “Ayaks”la “Milan”ı üstələyən Davids, 2003-cü ildə Turin klubunun heyətində “Qırmızı-qaralar”a uduzub. 

ALESSANDRO DEL PYERO - 4

Alessandro Del Pyero da 4 dəfə Çempionlar Liqasının finalında meydana çıxıb. Bütün hallarda da “Yuventus”un heyətində. Bu oyunların 3-də məğlubiyyət acısı yaşayan Del Pyero, yalnız 1 halda kuboku başı üzərinə qaldırıb. 

DİDYE DEŞAM - 4

1998-ci ildə Dünya kubokunu başı üzərinə qaldıran Deşam da 4 dəfə ÇL-in finalında meydana çıxıb. Fransız 3 dəfə “Yuventus”la, 1 dəfə isə “Marsel”lə final həyəcanı yaşayıb. 4 finaldan isə yalnız 1-də o, meydanı qalib kimi tərk edib. 

RAYAN GİQQZ - 4

“Mançester Yunayted”in əfsanəvi futbolçuların olan uelsli də finalda 4 dəfə meydana çıxıb. Hamısında da “Qırmızı şeytanlar”ın heyətində. 2 dəfə kuboku başı üzərinə qaldıran futbolçu, 2 dəfə də meydanı məğlub qismində tərk edib. 

FERNANDO MORYENTES - 4

İspan forvard 3 dəfə “Real”ın, 1 dəfə isə “Monako”nun heyətində ÇL-in qalibi olmaq uğrunda həlledici görüşün iştirakçısı olub. Bu oyunların 3-də Moryentes kuboka sahib çıxıb. 

EDVİN VAN DER SAAR - 5

Çempionlar Liqasının finalında ən çox forma geyən qapıçı adına sahib olan holland qolkiper, 2 dəfə “Ayaks”ın, 3 dəfə isə “Mançester Yunayted”in heyətində meydana çıxıb. Bu oyunlardan Van der Saar 2 dəfə qalib kimi ayrılıb. 

KLARENS ZEEDORF - 5

Klarens Zeedorf bu günə kimi 5 dəfə finalda meydana çıxıb. O, hazırda yeganə 3 futbolçudur ki, 3 fərqli komandanın heyətində həlledici görüşün iştirakçısı olub. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Evra bu gün Zeedorfun rekordunu yeniləyə bilər. Bugünki finalda meydana çıxacağı təqdirdə, Evra həm 5-ci dəfə final həyəcanı yaşayacaq, həm də Zeedorfdan sonra 3 fərqli komanda ilə ÇL-in həlledici oyununun iştirakçısı olmuş ikincin futbolçu adına sahib çıxacaq.

“Milan”, “Ayaks” və “Real”ın heyətində final görən futbolçu, 4 dəfə kuboku başı üzərinə qaldırıb. Əgər, “Milan” üçün 2003-cü ildə İstanbuldakı final faciəvi olmasayadı, Zeedorf bütün həlledici görüşlərdən sonra kuboku başı üzərinə qaldırardı. 

PAOLO MALDİNİ - 6

Maldini dünya futbolu tarixində yeganə futbolçudur ki, Çempionlar Liqasında 6 dəfə final həyəcanı yaşayıb. Karyerası ərzində “Milan”a sadiq olan müdafiəçi, bu finallardan 5-də qələbə sevinci yaşayıb. Yalnız 1 dəfə onun komandası həlledici görüşdə məğlubiyyət acısı yaşayıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30