29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

“Spartak”ın yeni baş məşqçisinin adı məlumdu

Moskva “Spartak”ının yeni baş məşqçisinin adı məlum olub. Futbolxeber.az-ın “championat.com”a istinadən verdiyi məlumata görə, “Xalq komandası”nı yeni mövsümdən Viktor Qonçarenko çalışdıracaq. İyunun əvvəlində klubun Direktorlar Şurasının iclası keçiriləcək. Həmin toplantıda Qonçarenkonun təyinatı rəsmiləşəcək. Eləcə də “Spartak”ın baş direktoru Roman Asxabadzenin klubda qalıb-qalmayacağı müəyyənləşəcək. Qonçarenko təyinatı haqda xəbəri şərh etməkdən boyun qaçırıb. Təyinat rəsmiləşərsə, “Spartak” 37 yaşlı məşqçinin karyerası ərzində üçüncü iş yeri olacaq. Buna kimi o, BATE və “Kuban”ı çalışdırıb.

Qeyd edək ki, hazırda “Spartak”ın baş məşqçisi Murat Yakındır. Amma onun fəaliyyəti klub rəhbərliyini qane etmir. Sona 1 tur qalmış “Spartak”ın ardıcıl ikinci il avrokuboklardan kənarda qalacağı dəqiqləşib.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31