20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

AS: “Real” 1 ay əvvəl ispan məşqçiyə təklif göndərib

“Real” baş məşqçi axtarışına 1 ay əvvəl başlayıb. Futbolxeber.az-ın məlumatına görə, sensasiyalı iddia ilə AS çıxış edib. İspaniyalı həmkarlarımızın yazdığına görə, Madrid klubu ötən ay “Atletik”in baş məşqçisi Ernesto Valverdeyə təklif göndərib. “Real” rəsmiləri bildiriblər ki, Ançelottinin rəhbərliyi altında komanda La Liqa və Çempionlar Liqasında istəyinə çatmasa, o zaman baş məşqçi postunda Valverdeni görmək istəyirlər. Lakin 51 yaşlı mütəxəssi hazırkı klubunda qalmaq qərarına gəlib. Bu günlərdə Valverde bask klubu ilə müqaviləsini daha 1 illiyinə uzadıb.

Qeyd edək ki, 51 yaşlı məşqçi daha əvvəl 2 dəfə “Barselona”nın təklifini də geri çevirib. O, “Atletik”i 2013-cü ildən çalışdırır. Cari mövsümdə Valverdenin rəhbərliyi altında komanda Çempionlar Liqasına vəsiqə qazanıb. “Atletik” həm də İspaniya kubokunda finala yüksəlib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30