19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Xarici futbol

“Real”ın yeni baş məşqçisi Benites olacaq

“Napoli”nin çalışdırıcısı Rafael Benites yeni mövsümdən etibarən “Real”ı çalışdıracaq. Futbolxeber.az-ın “Sky Sport Italia”ya istinadən verdiyi məlumata görə, 55 yaşlı mütəxəssisin meneceri ilə “Kral klubu”nun nümayəndələri arasında aparılan danışıqlar müsbət yekunlaşmaq üzrədir. Məlumatda o da qeyd olunur ki, Benites “Real”a görə bu günlərdə “Vest Hem”in təklifini geri çevirib.

Madrid klubunun prezidenti Florentino Peres ilk dəfə 2009-cu ildə Benitesə təklif göndərib. Lakin həmin vaxt ispan mütəxəssis “Liverpul”da qalmağa üstünlük verib. Bu dəfə isə təyinat reallaşmaq üzrədir.

Qeyd edək ki, bazar günü Karlo Ançelottinin “Real”dan ayrılacağı rəsmən açıqlanacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30