20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

"Mançester Siti" Mançinini qovdu

Roberto Mançini "Mançester Siti" klubunun baş məşqçi postundan qovulub. Futbolxeber.az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytı xəbər yayıb. Məlumatda bildirilir ki, bu haqda klub prezidenti qərar qəbul edib. Buna səbəb komandanın cari mövsümdəki uğursuz çıxışıdır. Cari mövsümdə komandanın heç bir turnirdə istəyinə çata bilməməsi rəhbərliyi belə qərar qəbul etməyə məcbur qoyub.

Xatırladaq ki, 48 yaşlı mütəxəssis 2009-cu ilin dekabrından "Mançester Siti"yə rəhbərlik edirdi. O bu postda Mark Hyuzu əvəzləmişdi. Ötən il Mançininin rəhbərliyi altında "şəhərlilər" Premyer Liqada çempion adını qazanmışdı. Cari mövsümdə komanda ötənilki uğurunu təkrarlaya bilmədi, Çempionlar Liqasında qrupda qaldı və İngiltərə Kubokunun finalında "Uiqan"a uduzdu.

Mövsümün qalan 2 oyununda komandaya Mançininin köməkçisi Brayan Kidd başçılıq edəcək. Kollektiv ABŞ turnesinə də məhz onun rəhbərliyi altında yollanacaq.

Böyük ehtimalla, "Mançester Siti"nin yeni baş məşqçisi "Malaqa"nın hazırki çalışdırıcısı Manuel Pelleqrini olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30