19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Vaqif Sadıqov: “Prosineçki üçün ilk oyunda vacib olan nəticə idi”

“Millimiz Malta ilə qarşılaşarkən biz U-19-un İngiltərəyə qarşı keçirdiyi oyunu canlı olaraq stadiondan izləyirdik. Buna baxmayaraq, qəlbimiz, fikrimiz Bakıda idi. İmkan düşdükcə millimizin Malta ilə matçına da baxırdıq”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Sadıqov millimizin ilk dəqiqələrdən aqressiv çıxış etdiyini bildirib: “Xoşagələn haldır ki, ilk dəqiqələrdən millimiz aqressiv oyun göstərdi. Millimizin oyunu, heyətdə aparılan islahatlar Prosineçkinin futbola baxışıdır. Aqressiv futbolun nəticəsidir ki, millimiz erkən qol vurdu. Üstəlik, komandamız sona kimi mübarizə aparıb, son dəqiqələrdə ikinci qolu da vurdu. Halbuki buna kimi millimizin adətən son dəqiqələrdə qol buraxmasına öyrəşmişdik. Bu dəfə əksinə oldu”.

Təcrübəli mütəxəssis qeyd edib ki, Prosineçkinin debüt matçındakı qələbəsi milliyə olan inamı geri qaytara bilər: “Sevindirici haldır ki, debüt matçında Prosineki lazım olan nəticəni əldə etdi. Bu, komandamıza psixoloji güc verəcək. Təyinatının ilk günlərində bildirmişdik ki, Prosineçkinin gəlişi milliyə olan inamı geri qaytarmağa hesablanıb. Dünənki oyun da gələcəyə inam verir. Prosineçki oyunçuların arasında ayrıseçkilik qoymur. Oyuna öz baxışı, fəlsəfəsi var. İstədiklərini addım-adım həyata keçirməyə çalışır. İlk oyunda vacib olan nəticə idi, bunu əldə etdik. Zaman keçdikcə oyun səviyyəsini də artıracağıq. Prosineçki də bildirib ki, layiqli qələbə qazandıq. Amma yığmamız bundan da gözəl oyun sərgiləməyə qadirdi”.

Vaqif Sadıqovun sözlərinə görə, bu gün istənilən futbolçu milliyə cəlb oluna bilər: “Hər futbolçu klubunda özünü sübut etməlidir. Bütün proseslər bir-birinə zəncirvari bağlıdır. Futbolçu əlindən gələni edib, klubuna fayda verəcək. Belədə çempionatın səviyyəsi artacaq və avrokuboklarda klublarımız daha yaxşı çıxış edəcəklər. Nəticədə isə millidə rəqabət yarancaq. Rəqabət olduqca inkişaf da olacaq”.

Sonda isə Sadıqov qazanılan qələbə münasibəti ilə milli üzvlərini təbrik edib: “Bütün futbolsevərləri, komanda üzvlərini təbrik edirəm. Biz onlardan uzaqda olsaq da, nəbzimiz milli ilə birgə döyünürdü. Onlar kimi biz də həyəcanlı idi. Oyundan sonra AFFA prezidenti Rövnəq Abdullayev düzgün vurğulayıb. Bu uğurlar gələcəkdə davamlı olacaq. Həqiqətən də bu qələbə uğurun başlanğıcıdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30