25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

İngiltərə klubunun qapıçısı karyerasını bitirib, satıcı işləməyə başladı

İngiltərənin beşinci divizionunda mübarizə aparan “Torki Yunayted” klubunun qapıçısı Cordan Sibrayt karyerasını bitirib. Futbolxeber.az-ın məlumatına görə, Sibrayt həmkarlarından fərqli olaraq karyerasını başa vurduqdan dərhal sonra avtosalonda satıcı kimi işləməyə başlayıb.

Sibrayt addımının səbəbini belə izah edib: “Açıq danışacağam: daha futbolu sevmirəm. Bundan sonra həyatımda yeni səhifə açılır. Futbolçu karyeram uğurlu alınmasa da, bundan sonrakı işlərimin yaxşı olacağına inanıram. Heç kimi aldada bilmərəm. Futbolçu kimi heç vaxt Premyer Liqa bir yana, heç Çempionşipdə çıxış edə bilməyəcəyəmsə, nəyə görə futbol oynayım?”

Qeyd edək ki, qapıçı cari mövsümdə “Torki Yunayted”in heyətində 6 oyuna çıxıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30