19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Ölməzliyin 115-ci anı

Dekabrın 16-sı İtaliyada böyük gündür. Çünki 115 il əvvəl məhz bu gündə Apenninlərin qüruru və dünya futbolunun tarixində silinməz iz qoymuş “Milan” futbol klubu yaradılıb.
 
“Milan” o qədər böyük klubdur ki, onun tarixindən gəlib-keçmiş bütün dahiləri sadalamağa ömür yetməz. Taktika “quru”ları olan məşqçilər, parlaqlığı göz qamaşdıran saysız-hesabsız ulduz futbolçular, “Casa Milan”dakı muzeyi dolduran kubok və mükafatlar, dünya çempionları, Avropa fatehləri... Onların hər birinin “qırmızı-qara” tarixdə özünəməxsus, qiymətləndirilməsi mümkün olmayan yerləri və xidmətləri var, amma özümdə cürət tapıb böyüklərin arasından “ən”ləri seçməyə qərar verdim.
 
Bu seçim subyektivdir. Anlayışla qarşılamağa çalışın.
 
Alfred Edvards/Herbert Kilpin
 
�м�
 
Onların ayırmaq mümkün deyil. Biri – Evdards - klubun yaradıcısı və ilk prezidenti, digəri – Kilpin (fotoda) - milyonlarla qəlbi fəth etmiş “qırmızı-qara” zolaqlı formanın ideya müəllifi və komandanın ilk baş məşqçisi.
 
Nereo Rokko
 
�м�
 
Ona qədər “Milan” bir neçə İtaliya çempionluğu qazanıb özünü Apenninlərin güclü komandası kimi təsdiqləmişdi, amma məhz Rokko klubu ölməzlər sırasına qaldırdı. Üst-üstə hamıdan çox – 9 il “Milan”ı oyunlara çıxarmış “El Paron” (Triest ləhcəsində “Usta”) komanda ilə hər şey qazanıb. Ən əsası, ilk dəfə məhz onun dövründə klub Çempionlar Kubokunu muzeyinə gətirib.
 
Qunnar Qren/Qunnar Nordal/Nils Lidholm
 
�м�
 
Berluskoniyə qədərki – Rokko dövrünün ən vacib futbolçuları. Birzamanlar İtaliyada isveçli futbolçulara dəb formalaşmışdı. Məhz bu dəb də “Qre-No-Li” – Qunnar Qren – Qunnar Nordal – Nils Lidholm üçlüyünü “Moda şəhəri”nə gətirmişdi. Nordal indiyədək 268 qolla “rossoneri” tarixinin ən məhsuldar futbolçusu adını qoruyur.
 
Silvio Berluskoni
 
Bu özünəməxsus reytinqi əslində məhz onunla bitirməli idik, amma həm xronologiya, həm də 1986-cı ildə klubun həyatında baş verən və onun tarixini iki möhtəşəm hissəyə bölən bir hadisə Silvio Berluskoninin adını məhz burada xatırlamağa təhrik edir. Bundan sonrakı abzasların hər birinin səbəbkarı məhz odur. Dəyişilməz prezident, boss. Bu gün O, “Milan”dır. “Milan” elə Odur.
 
Arriqo Sakki
 
�м�
 
Dünya futbolunu son 50 ildə ciddi şəkildə dəyişən və İtaliyanı 80-90-cı illərdə planetin futbol mərkəzi edən şəxs. Titulları Arriqo Sakki barədə çox şeyə deyə bilər, amma bu sözlər onun “Milan”ının – qarşısına çıxan hamını və hər şeyi gözəgəlimli inqilabi futbolu ilə məhv edən komandanın oyunu görənlərə heç bir halda kifayət etməz. Sakki milyonların sevimli oyununa yeni nəfəs gətirdi, “Qre-No-Li” üçlüyünü Van Basten – Raykard – Qullitin simasında bərpa elədi və növbəti abzasda sözügedənləri bizim bildiyimiz və tanıdığımız şəkildə azarkeşləri bəxş etdi.
 
Paolo Maldini/Franko Barezi
 
�м�
 
“Milan” tarixində söz demiş saysız ulduzu onlarla kateqoriyaya bölmək, bombardirlərdən, döyüşçülərdən, qolçulardan danışmaq olar. Amma Maldini – Barezi cütlüyünü nə bölmək, nə də ayırmaq mümkündür. Onlar “Milan” futbolunun apofeozu, İtaliya futbolunun ruhu, müdafiəçi ampulasının kimlik kartıdır. Onlar klubun bir də heç kəsə vermək istəmədiyi 3 və 6 nömrələrin sahibləridir.
 
Fabio Kapello
 
�м�
 
Rusiya yığmasının hazırkı məşqçisini çətin xarakteri, oynatdığı ultramüdafiə futbolu, ulduzlarla yola gedə bilməməsinə görə çoxları sevmir. Lakin birvaxtlar “dahi məşqçi” söz birləşməsinin yanında mütləq “Fabio Kapello” ad-soyadı gəlirdi. “Milan”a verdikərinə görə, “Milan”ın ona verdiklərinə görə. Kapelloya klub tarixində əvəzedilməz yeri tutmaq üçün isə tək 1994-cü il Çempionar Liqasının finalında tamamilə əks qütbdə yerləşən dahi Kroyfun dahi “Drim-Tim”ini o günə qoyması yetər.
 
Karlo Ançelotti
 
�м�
 
Sonuncu Mogikan. Özünü “Milanello”da tapmış və ölməz klubu bir neçə illik bataqlıqdan çıxarmış şəxs. “İstanbul trilleri”nin və iki il sonra yaşanan “Afina qisası”nın canlı şahidi. O bir gün dönəcək, bəlkə yenə “Milan”ı həyata qaytaracaq, onu çempion edəcək, Çempionlar Liqası qazanacaq. Amma dönməsə belə, qorxulu deyil.
 
Çünki “Milan” və onun tarixi (o cümlədən gələcəyi də) ucu-bucağı görünməyən qalaktika okeanıdır. O qalaktikadakı evdardslar/kilpinlər, rokkolar, qre-no-lilər, berluskonilər, sakkilər, maldinilər/barezilər, kapellolar, ançelottilər və onlarla digərləri isə parlayıb sönən ulduzlardır.
 
Buon Compleanno, AC Milan! Buon 115 anni!
 
Rüstəm ƏFSƏRLİ, topsport.az 
 
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30