25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

“Lans”ın prezidenti Azərbaycanda səfərdədir

Fransanın “Lans” klubunun prezidenti Jerve Martel Azərbaycanda səfərdədir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Martel “Lans”a ödənməli olan borcla bağlı ölkəmizdədir. Bu barədə klubun saytında deyilir: “Klubun sahibi Hafiz Məmmədov oktyabrın sonunadək ödəməli olduğu 4 milyon avro hələ hesaba keçirilməyib. Biz “Azərbaycan Bank”ından lazımi sənədləri almışıq. Onlar tərəfdən yaxın 15 gün ərzində ödəniş həll olunacaq. Üstəlik gələn ilin yanvar ayına qədər daha 14 milyon “Lans”ın hesabına keçiriləcək. Azərbaycan tərəfinə maliyyə məsələlərinə diqqətlə yanaşdığı üçün təşəkkür edirəm”.

“Lans”ın prezidenti Jerve Martel həmçinin bildirib ki, noyabrın 8-də Fransa çempionatının 13-cü turunda “Bordo” ilə keçirilən oyundan sonra 3 futbolçunun transferi rəsmiləşəcək. Bunlar Samuel Atru, Benjamin Bulenj və Landri N Quemodu. Xatırladaq ki, yüksək liqada iştirak üçün üzvlük haqqını tam ödəmədiyinə görə “Lans”ın transfer etməsinə qadağa qoyulub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30