25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Xarici futbol

"Benfika"nın futbolçusu Gökhan Gönülə zərbə endirdiyi andan danışdı

 

Avroliqanın 1/2 final mərhələsinin cavab görüşü çərçivəsində "Fənərbaxça"nı mübarizədən kənarlaşdıran "Benfika"nın futbolçusu Qaytan qarşılaşmadan sonra maraqlı açıqlamalar verib. Futbolxeber.az-ın məlumatına görə, argentinalı futbolçu ilk öncə hesabı açmasından danışıb: "Belə bir qarşılaşmada qol vurduğum üçün çox şadam. Amma ilk növbədə qol epizoduna görə Limaya minnətdarlığımı bildirmək istəyirəm. Əlverişli şəraitdə olmasına baxmayaraq, o mənə ötürmə verdi. Halbuki o özü də fərqlənə bilərdi. Amma ötürmə verməyi üstün tutdu və buna görə ona təşəkkür edirəm".

Qaytan finalda qarşılaşacaqları "Çelsi" haqda da söz açıb: "Finaldakı rəqibimiz bəllidir. Biz də elə "Çelsi" ilə görüşəcəyimizi düşünürdük və belə də oldu. Rəqibimiz çox güclüdür, bunu çox gözəl anlayırıq. "Çelsi"nin gücü hər kəsə bəllidir. Təkcə komandanın Çempionlar Liqasının son qalibi olması hər şeydən xəbər verir. Amma biz meydana məğlubiyyət üçün çıxmayacağıq. Amsterdamda "Çelsi"ni məğlub etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. Önümüzdə sadəcə 1 final matçı var və həmin oyunda hər şey ola bilər. Lakin kuboku qazanmaq bizim arzumuzdur. İndi bu xəyalla yaşayırıq. Bütün gücümüzü də meydanda qoyacağıq ki, istəyimizə çataq".

İkili mübarizə zamanı "Fənərbaxça"nın futbolçusu Gökhan Gönülün ciddi zədə alaraq yerdə qalmasına səbəb olan Qaytan həmin epizodda qəsdən kobud oynamadığını vurğulayıb: "Həmin anda hər şey ani baş verdi. İlk öncə nə olduğunu belə anlamadım. Amma inanın, tam səmimi deyirəm ki, həmin epizodda qəsdən kobud oynamadım. Ümid edirəm ki, Gökhan Gönül tez bir zamanda bərpa olunacaq və sıraya dönəcək. Ona Şəfa diləyirəm. Həqiqətən də pis niyyətli futbolçu deyiləm. Heç vaxt da kiməsə qəsdən xəsarət yetirməyi istəməmişəm. Həmin anda da topa zərbə endirmək istəyirdim, amma hər şey 1 anın içində baş verdi. İstəmədən rəqibin başından vurdum".   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30