16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

Neymar son 3 ildə ilk dəfə qol vurduğu oyunu uduzdu

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Barselona” səfərdə PSJ-yə 2:3 hesabı ilə uduzub. Futbolxeber.az-ın məlumatına görə, Kataloniya klubunun ikinci qolunu Neymar vurub. Matçın yekun nəticəsi isə Neymarın 3 illik seriyasının qırılması ilə başa çatıb. Belə ki, 2011-ci ilin oktyabrından etibarən Neymarın qol vurduğu oyunlarda onun komandası meydanı məğlub qismində tərk etmirdi. Sonuncu dəfə belə hal 2011-ci ildə yaşanmışdı. Həmin vaxt Neymarın qolu “Santos”u “Flamenqo” ilə oyunda yenilgidən xilas etməmişdi - 2:3.

Qeyd edək ki, geridə qalan 3 ildə Neymarın qol vurduğu oyunların 46-da onun komandası qələbə qazanmış, 9-da isə heç-heçə qeydə alınmışdı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30