8 Noyabr 2025, Şənbə
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi
Millimiz Özbəkistaba məğlub oldu
Kadi uzun müddətə sıradan çıxdı

Xarici futbol

Qətər əmiri: “Çoxları kiçik müsəlman dövlətinin DÇ-ya ev sahibliyi etməsini qəbul etmək istəmirlər”

Qətər əmiri şeyx Tamin ben Həməd Əl Tani DÇ-2022-nin ölkəsində keçirilməsinə qarşı çıxanlara cavab verib. Futbolxeber.az-ın məlumatına görə, o, mundialı istənilən fəsildə qəbul etməyə hazır olduqlarını vurğulayıb: “Bütün bu söz-söhbətlər ondan yaranır ki, çoxları kiçik müsəlman dövlətinin dünya çempionatına ev sahibliyi etməsini qəbul etmək istəmirlər. Bizim problemlərimiz var, bu, həqiqətdir. Lakin biz onları həll edirik. Bütün proseslər də qaydalar çərçivəsində aparılır. Hazırda dünyanın əksər ölkələrinin mətbuatı bizim problemlərdən yazır. Bu haqda danışılmasına qarşı deyiləm. Ancaq həmin insanlar bizim uğurumuza kölgə salmamalıdırlar. Əlimizdə kifayət qədər texnologiya var. Mundialı yayda keçirməyə hazırıq. Lakin çempionatın hansı fəsildə baş tutmasına FİFA qərar verəcək. Onlar hansı vaxtı münasib bilsələr, biz də turniri həmin vaxtda keçirməyə hazırıq”.

Qeyd edək ki, FİFA hazırda mundialın yanvar-fevral, iyun-iyul və ya noyabr-dekabr aylarında keçirilməsinə görə seçim aparır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30