16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

“Zədəlilərin olmasına baxmayaraq, Azərbaycanı məğlub etməyi bacardıq”

Bolqarıstan Futbol Federasiyasının prezidenti Borislav Mixaylov Avro-2016-nın seçmə mərhələsinin ilk oyunu çərçivəsində qalib gəldikləri millimizlə oyun haqda danışıb. Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, ölkəsinin mətbuatına danışan Mixaylov çətin qələbə qazandıqlarını bildirib: "Komandada zədəli futbolçuların olmasına baxmayaraq qələbə qazanmağı bacardıq. Çətin oyun oldu. Qalib gəldiyimiz üçün çox şadam. Bu oyun heç-heçə də başa çata bilərdi. Əsas üç xal qazanmaq idi. İsti hava şəraitində, rəqib azarkeşlər qarşısında oynamaq asan deyildi, ancaq futbolçular sonadək mübarizə apardılar. Düşünürəm ki, digər komandalar Bakıda xal itirəcəklər".

Qeyd edək ki, Azərbaycan - Bolqarıstan oyunu 1:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30